Главная » 2012 » Сентябрь » 28 » Cəlilabadda mal-qara oğurluğu ilə məşğul olan rayon sakini yaxalanıb
10:26 Cəlilabadda mal-qara oğurluğu ilə məşğul olan rayon sakini yaxalanıb |
Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxs zərərsizləşdirilib. Bu barədə APA-nın Cənub bürosuna Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Məlumata görə, Cəlilabad şəhər sakini Aqil İsgəndər oğlu Həsənov ona məxsus 5 baş xırda buynuzlu heyvanın oğurlanması barədə polisə ərizə ilə müraciət edib. Vətəndaşın ərizəsinə müvafiq olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərhədabad kənd sakini Mahir Eldar oğlu Aslanov şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin dindirmə zamanı verdiyi ifadəsində M.Aslanov A.Həsənova məxsus 5 baş xırda buynuzlu heyvanın oğurladığını boynuna alıb. Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
|
Просмотров: 262 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 15 Гостей: 15 Пользователей: 0
|