Главная » 2013 » Январь » 6 » Cəlilabadda məsciddə yanğın olub
12:55 Cəlilabadda məsciddə yanğın olub |
Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Rayon mərkəzindən 25 km. aralıda
yerləşən dağlıq Ləkin kənd sakinlərinin APA-nın Cənub bürosuna verdikləri
məlumata görə, hadisə ötən gün bu yaşayış məntəqəsininin Hamarküçə
məhəlləsindəki məsciddə qeydə alınıb. Belə ki, sübh namazına gələn dindarlar
məsciddə güclü yanğının şahidi olublar. Onların yanğını lokallaşdırmaq üçün
göstərdikləri səylər isə heç bir nəticə verməyib. Yanğın nəticəsində
ibadətgahın kişi və qadınlara aid iki otağı, həmçinin mətbəxi içindəki
əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Maraqlıdır ki, həmin əşyalarla
birlikdə saxlanılan müqəddəs "Qurani Kərim”ə isə heç bir xətər toxunmayıb.
İlkin ehtimala görə, məsciddəki yanğına odun
sobasının, ya da elektrik naqillərində
qısaqapanmanın səbəb olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon
Yanğından Mühafizə Hissəsindən isə APA-nın yerli bürosuna Ləkin kəndində
məciddə yanğın hadisəsinin baş verməsi barədə onlara hər hansı məlumatın daxil
olmadığı bildirilib.
|
Просмотров: 242 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 24 Гостей: 24 Пользователей: 0
|