Главная » 2012 » Март » 27 » Cəlilabadda mədəniyyət evində yanğın olub
15:59 Cəlilabadda mədəniyyət evində yanğın olub |
![](http://www.milli.az/bpictures/picture103601.jpg)
Azərbaycanın Cəlilabad rayonunda yanğın baş
verib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsindən
APA-nın cənub bürosunua verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Günəşli kəndində fəaliyyət göstərən
kənd mədəniyyət evinə məxsus iki mərtəbəli binada qeydə alınıb. Yanğının
söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və
onların səyləri ilə yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Bununla belə, kənd mədəniyyət evinə məxsus 220 kv.metrlik ikimərtəbəli binanın
bir otağı istisna olmaqla, qalan hissəsi
tamamilə yanaraq yararsiz vəziyyətə düşüb. Hadisə xəsarətsiz ötüşməyib. Yanğın
söndürülən zaman Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsininin
əməkdaşı, 28 yaşlı Şəmi Mürşüd oğlu Əliyev aldığı müxtəlif dərəcəli yanıq
xəsarətləri ilə təciuli olaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
lkin versiya kimi yanğına elektrik
naqillərində baş verən qısaqapanmanın səbəb
olduğu ehtimal edilir.
Faktla bağlı Cəlilabad Rayon Dövlət
Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
|
Просмотров: 305 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 10 Гостей: 10 Пользователей: 0
|