Главная » 2014 » Июнь » 8 » Cəlilabad sakini evini yandırıb
17:28 Cəlilabad sakini evini yandırıb |
Cəlilabad. Ağəddin Babayev- APA. Azərbaycanın Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 8-də səhər saatlarında rayonun Üçtəpə kənd sakini, 41 yaşlı Qurban İzzət oğlu Bayramova məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. ?
Yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad və Biləsuvar rayonlarının Yanğından Mühafizə hissələrindən 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 90 kv.m olan ev içindəki məişət əşyaları və avadanlıqlarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin araşdırmalardan məlum olub ki, yanğını ev sahibi Qurban Bayramov özü törədib. Belə ki, ailə münaqişəsi zəminində yaranan söz-söhbətdən sonra Q. Bayramov əsəbləşib və evini yandırıb.
Cəlilabad Rayon Polis Şöbəsində faktla bağlı araşdırma başlayıb.
|
Просмотров: 355 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 3 Гостей: 3 Пользователей: 0
Təqvim
« Июнь 2014 » | Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс | | | | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|