Главная » 2012 » Февраль » 17 » Cəlilabad rayonunda 70 yaşlı qadını maşın vuraraq öldürüb
17:25 Cəlilabad rayonunda 70 yaşlı qadını maşın vuraraq öldürüb |
![](http://www.avtomobil.az/pub/files/Skoraya_Meyit_1.jpg) Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın
cənub bürosunun məlumatına görə, rayonun Uzuntəpə kənd sakini Kazım
Nuriyev rayon Qaz İstismar Sahəsinə məxsus "UAZ” markalı, 15 AZ 284
dövlət nömrə nişanlı avtomobili idarə edərkən həmkəndlisi, 70 yaşlı
Minarə Böyükxan qızı İmanovanı vurub. Müxtəlif dərəcəli bədən
xəsarətləri alan M. İmanova Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına
aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törətmiş sürücü
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət
Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma
aparılır.
|
Просмотров: 267 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 15 Гостей: 15 Пользователей: 0
|