Biləsuvar rayonunda aparılan qazıntılar zamanı qədim şəhər qalıqları aşkar edilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professorArif Məmmədovunverdiyi məlumata görə, Biləsuvarda aparılan arxeoloji qazıntılar zamanı orta əsrlərə aid qədim tarixi abidələr və qədim şəhərin qalıqları aşkar edilib.
Ərazidə aparılan tədqiqatlar zamanı "Çöl Ağdam qalası”, "İçəri Ağdam qalası”, orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli və Səmədabad kəndlərində orta əsr yaşayış yerləri və kurqan tapılıb.
Qədim şəhər və tarixi abidələrlə bağlı yeni tapıntılar Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.