Главная » 2012 » Ноябрь » 23 » Biləsuvar şəhərinin yeni yaşayış massivinə təbii qaz verilib
19:05 Biləsuvar şəhərinin yeni yaşayış massivinə təbii qaz verilib |
Biləsuvar. Ağəddin Babayev – APA. Bu gün Biləsuvar
şəhərindəki yeni yaşayış massivinə ilk dəfə olaraq təbii qaz verilib. APA-nın
Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti
Xalik Məmmədov, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev,
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı
Mahir Quliyev, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə
səslənən çıxışlarda bildirilib ki, 600 abonenti olan yaşayış massivinin
qazlaşdırılması üçün ümumi uzunluğu 11000 metr olan qaz xətti çəkilib, 600 ədəd
sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yaşayış massivinin sakinləri onların
mənzillərinin "mavi alov”la təchiz olunmasına görə ölkə rəhbərliyinə
minnətdarlığını çatdırıblar.
|
Просмотров: 261 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|