Главная » 2011»Август»11 » Azərbaycanın “Halay” ansamblı Macarıstanda çıxış edəcək
14:53
Azərbaycanın “Halay” ansamblı Macarıstanda çıxış edəcək
12-22 avqust tarixlərində Macarıstanın
Sazhalombatta şəhərində ənənəvi Beynəlxalq Folklor Festivalı keçiriləcək.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya
verilən məlumata görə, 20-dən çox ölkənin folklor kollektivlərinin iştirak
etdiyi festivalda Azərbaycanı Masallı rayonunun "Halay” rəqs qrupu təmsil
edəcək. Musiqiçilərimizin ilk çıxışı avqustun 13-də, festivalın açılış
mərasimində olacaq. "Halay” ansamblı festival günlərində Sazhalombatta şəhəri
ilə yanaşı Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə
çıxış edəcək. Müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor
ansambllarının qatıldığı bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.