Главная » 2011 » Сентябрь » 18 » Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyaya qayıdıb
12:09 Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyaya qayıdıb |
Azərbaycanın eks-prezidenti,
Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov bu gün
Rusiyaya qayıdıb.
ASDP-nin həmsədri Araz Əlizadənin APA-ya
verdiyi məlumata görə, eks-prezident bu gün səhər Bakı-Moskva təyyarə
reysi ilə Rusiyaya dönüb. A. Əlizadə deyib ki, Ayaz Mütəllibovun
toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər
verilib. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdıb:
"Ayaz müəllimin geriyə qayıtması "Eks-prezidentlər haqqında” qanunun
qəbulundan asılıdır”.
Qeyd edək ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il
avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək
üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına
Azərbaycan hökuməti səviyyəsində təminat verilib. Azad Mütəllibovun 40
mərasimi sentyabrın 15-də keçirilib.
|
Просмотров: 479 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
Təqvim
« Сентябрь 2011 » |
Пн |
Вт |
Ср |
Чт |
Пт |
Сб |
Вс |
| | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|