Главная » 2011 » Июнь » 5 » Azərbaycanın cənubunda çimərlik mövsümünə start verildi
21:25 Azərbaycanın cənubunda çimərlik mövsümünə start verildi |
Çimərlik mövsümünün başlanması ilə əlaqədar dəniz sahilinə üz tutuanların sayı artır. Paytaxtdakı çimərliklər bir yana, Xəzər dənizinə baş vurmaq üçün insanlar bölgələrə də axışır. Mövsümün açılışından bəri Lənkəran rayonunda Xəzərin sahilində çimmək və dincəlmək istəyənlərin də sayı az deyil.
Xəzər dənizinin Lənkəran rayonundakı çimərliklər istifadəyə tam yararlıdır. Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov apardıqları müayinənin nəticələrinə əsasən belə deyir. Çimərlik mövsümü başlayana kimi, artıq 2 dəfə dəniz suyunun müayinəsi aparılıb.
Onun sözlərinə görə, dəniz suyunun fiziki kimyəvi və bakteroloji müayinələri həyata keçirilib: “Bakteroloji, fiziki, kimyəvi müayinələr çimərlik mövsümü üçün xarakterik olaraq su çimməkdən ötrü yararlı vəziyyətdədir. Belə ki, 1 desimetr/kubda olan bağırsaq çöplərinin miqdarı 500-dən yuxarı çıxmayıb. Norma mindən artıq olmamalıdır. Bu da göstərir ki, dənizdə çirklənmə normal səviyyədədir”.
Müayinə üçün götürülmüş su Respublika Gigiyena və Epidemilogiya Mərkəzinə də göndərilir. Mütəxəssis həkimin fikrincə, Xəzər dənizinin Lənkəran rayonundan keçən hissəsində sənaye müəssisələrinin olmaması çirklənmə həddini aşağı salır.
Qeyd edək ki, Lənkəranda həm pullu, həm də pulsuz çimərliklər fəaliyyət göstərir. Burada özəl çimərlikdə yaxşı istirahət üçün hər cür şərait var. Amma buna görə 5 manat ödəmək lazımdır. Bu pul çətir və duşdan istifadəyə görə alınır”.
Məlum məsələdir ki, özəl çimərliklərə maddi durumu yaxşı olanlar üz tutur. Əhalinin böyük hissəsi isə pulsuz çimərliklərdən istifadə etmək məcburiyyətində qalir.
Yeni çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin xilasetmə məntəqəsi artıq gücləndirilmiş iş rejiminə keçib. Xilasedici heyətə yeni rezin qayıq da verilib. Bununla da xilasetmə xidmətində xilasedici qayıqların sayı 3-ə çatdırılıb. 18 nəfər xilasedici heyət gün boyunca çimərliklərə nəzarəti həyata keçirir. Xilasetmə Məntəqəsinin rəisi İkin Ağayev bildirir ki, ötən mövsümdə Astara-Lənkəran çimərliklərində 5 nəfər dənizdə boğulub ki, onların da hamısı icazə verilməyən ərazilərdə çimənlər olub. Ona görə də özünün sağlamlığını düşünən hər kəs ancaq icazə verilmiş ərazilərdə çimməlidir.
|
Просмотров: 293 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 16 Гостей: 16 Пользователей: 0
|