Главная » 2012 » Июль » 26 » Azərbaycanda yeni körpü tikilir
11:53 Azərbaycanda yeni körpü tikilir |
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun layihəsi çərçivəsində Masallı-Astara avtomobil yolunun 31,864 km-də yeni körpünün tikintisinə başlanılıb.
Bu barədə "Azəriyolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Mürsəliyev deyib ki, Lənkəran çayının üzərindən keçəcək körpünün uzunluğu 216,3 metr, eni 28 metrdir. 6 aşırımdan ibarət olacaq körpüdə hazırda özül işləri və nəzərdə tutulan giriş-çıxış yollarında torpaq işləri həyata keçirilir.
Layihə üzrə işlərin 11%-i yerinə yetirilib. 2011-ci ilin aprel ayında tikintisinə başlanılan körpünün 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
|
Просмотров: 265 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 20 Гостей: 20 Пользователей: 0
|