Главная » 2011 » Июнь » 16 » “Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi keçirilib
15:42 “Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi keçirilib |
Muzey Mərkəzində "Qloballaşma
dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masa və
"Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi
keçirilib. APA-nın məlumatına görə,
tədbir Bakıda "Azərbaycan – doğma diyar” adı altında keçirilən Milli
Azlıqların İncəsənəti III Respublika Festivalı çərçivəsində təşkil
olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, "Azərbaycanda
yaşayan xalqların mahnıları” CD-si 5 dildə hazırlanıb və bu disk ikinci
buraxılışdır: "Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların
mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə
xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin
möhkəmləndirilməsi məqsədilə bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir.
Biz çalışırıq ki, Azərbaycanda yaşayan hər hansı azsaylı və ya çoxsaylı
millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini
qoruyaq. Eyni zamanda bütün bunlar gələcək nəsillərə çatdırılmalıdır.
Bilirsiniz ki, biz ənənəyə sadiq qalaraq artıq üçüncü dəfədir ki,
azsaylı xalqların böyük mədəniyyət festivalını keçiririk və bu gün artıq
ikinci diskin buraxılmasına nail oluruq”.
Festivalda Lənkəran, Şəki, Astara, Masallı, Lerik, Balakən, Zaqatala,
Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran mədəniyyət və turizm
şöbələri xətti ilə azsaylı xalqların bədii kollektivləri iştirak edir.
|
Просмотров: 351 |
Добавил: apacenub
| Рейтинг: 3.0/2 |
|
Statistika
Онлайн всего: 22 Гостей: 22 Пользователей: 0
|