Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq,
yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb.AzərTAc xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində
minlərlə gənc hərbin sirlərə dərindən yiyələnmək, Vətənin keşiyində
əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə
yollanırlar.
Fərmana əsasən, 1994-cü ildə
doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam
olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan,
respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş
digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ
olmayan Azərbaycan Respublikası vətəndaşları 2012-ci il yanvarın 1-dən
30-dək həqiqi hərbi xidmətə çağırılırlar.
Fərmana
uyğun olaraq, "Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və
çavuşlar 2012-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
|