Главная » 2011 » Июнь » 1 » Azərbaycanda çimərlik mövsümü başlayıb
17:42 Azərbaycanda çimərlik mövsümü başlayıb |
Bu gün Fövqəladə Hallar
Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) "Nardaran
1” xilasetmə məntəqəsində 2011-ci ilin çimərlik mövsümünə start verilib. APA-nın xəbərinə görə, bununla
bağlı keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq
Tağızadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri
Ziyəddin Kazımov da iştirak edib.
DSXX-nın Dalğıc və xilasetmə şöbəsinin müdiri Elsevər Həsənov çıxışında
bildirib ki, FHN-in tərkibində fəaliyyət göstərdiyi dövrdə xidmət müasir
texnika və avadanlıqlarla təchiz olunub, vətəndaşlarla hər il çimərlik
mövsümü başlananda geniş maarifləndirmə işləri aparılır. DSXX-nin ötən
il Kür və Araz çaylarında baş verən təbii fəlakətin nəticələrinin aradan
qaldırılmasında yaxından iştirak etdiyini deyən E. Həsənovun sözlərinə
görə, həmin vaxt xidmət əməkdaşları tərəfindən suda boğulan 326 nəfər
xilas olunub. Bu günədək isə xidmət əməkdaşları ümumilikdə suda boğulan
2306 vətəndaş xilas ediblər.
Nazir müavini Faiq Tağızadə isə çıxışında xilasedicilərə tövsiyələr
verib.
Daha sonra məntəqədəki xilasetmə avadanlıqlarına baxış keçirilib. Yeni
alınmış qayıqlar, skuterlər, dalğıc avadanlıqları barədə məlumat
verilib.
F. Tağızadə jurnalistlərə açıqlamasında deyib ki, son 5 ildə FHN
tərəfindən 20-dən çox xilasetmə məntəqəsi tikilib, çimərliklərdə çoxlu
sayda postlar qurulub. Onun sözlərinə görə, xilasedicilər tərəfindən
mütəmadi olaraq, reydlər keçirilir: "Bu gün boğulma halları çox vaxt
boğulan şəxslərin öz günahları ucbatından baş verir. Bu da daha çox
içkili halda dənizə girilməsi, həmçinin uşaqların nəzarətsiz buraxılması
nəticəsində baş verir”.
Nazir müavini deyib ki, FHN xilasedicilərinin səyi nəticəsində ötən il
çimərliklərdə boğulan 700-ə yaxın vətəndaş xilas edilib. O, qeyd edib
ki, xilasetmə işləri təkcə dəniz çimərliklərində deyil, eyni zamanda Kür
və Araz çaylarında da aparılır.
Bu il çimərlik mövsümünün 15 gün tez açılmasına gəlincə, F. Tağızadə
bunu hava şəraiti ilə əlaqələndirib.
|
Просмотров: 303 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 20 Гостей: 20 Пользователей: 0
|