Главная » 2011 » Ноябрь » 1 » Azərbaycanda çayçılığın inkişafı proqramı hazırlanıb
14:34 Azərbaycanda çayçılığın inkişafı proqramı hazırlanıb |
![](http://www.apa.az/photos/Ismet%20Abbasov%20011111-2.jpg)
Azərbaycanda pambıq və tütün
istehsalının artması dünya bazarındakı vəziyyətdən asılı olacaq.
«APA-ECONOMICS»in
məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, son vaxtlar pambıq və tütün istehsalında artım
müşahidə olunur: «Bu il pambıq istehsalı ötən ilkindən 50% çox olub. Bu
sahənin gələcəkdə inkişaf etdirilməsi üçün dünya bazarında pambığın
qiyməti artdıqca Azərbaycanda da pambıq sahələri genişlənəcək».
Nazir bildirib ki, tütünçülükdə də vəziyyət eynidir – bazarda tələbat
artdıqca, bu sahədə daha geniş inkişaf olacaq.
Bununla yanaşı, hökumət çayçılıq sektorunun inkişafı üçün ciddi
addımlara hazırlaşır. İ.Abasov bildirib ki, hazırda çayçılığın inkişaf
etdirilməsi üzrə xüsusi proqram hazırlanıb: «Bu yaxınlarda müvafiq
dövlət qurumları ilə müzakirə olunub və düşünürəm ki, bu yaxınlarda
məsələ müsbət həllini tapacaq». Bu proqram Azərbaycanda çayçılığın
ənənəvi olaraq inkişaf etdiyi və bu sahə üçün yararlı olan ərazilərdə
həyata keçiriləcək.
|
Просмотров: 318 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|