Главная » 2011 » Ноябрь » 14 » Azərbaycan əsgəri hərbçi yoldaşını güllələyib
17:42 Azərbaycan əsgəri hərbçi yoldaşını güllələyib |
Azərbaycan Ordusunun əsgəri
xidməti silahı ilə hərbçi yoldaşını vurub.
APA-nın məlumatına görə, hadisə
Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən "N” saylı hərbi hissəsində qeydə
alınıb. Milli Ordunun əsgəri Xəyal Qələmdar oğlu Kərimov postu dəyişən
zaman silahı doldurandan sonra ehtiyatsızlıqdan əlində silah açılıb.
Nəticədə avtomatdan açılan güllə onun hərbçi yoldaşı, əsgər Həbib Bayram
oğlu Şahbazova dəyib. H. Şahbazov aldığı güllə xəsarəti ilə hospitala
yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya aşıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, hadisə zamanı yaralanan H. Şahbazov Yardımlı, X. Kərimov
isə Ağdam Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə
çağırılıblar.
|
Просмотров: 304 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|