Главная » 2012»Январь»8 » Astarada yoldan çıxan avtomobil qaz kəmərini zədələyib
07:40
Astarada yoldan çıxan avtomobil qaz kəmərini zədələyib
Azərbaycanın Astara rayonunda
yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ)
Dövlət Yol Polisi Bölməsinin əməkdaşı İlqar Rəhimzadənin APA-nın
Cənub bürosuna verdiyi məlumata görə, hadisə yanvarın 7-də saat 20.45
radələrində Ələt-Astara magistralının 220,1-ci kilometrliyində - rayonun
Təngərüd kəndi ərazisində qeydə alınıb. Astara şəhər sakini, 1984-cü il
təvəllüdlü Elvin Nüsrət oğlu Şəmsiyevin idarə etdiyi "Mersedes”
markalı, 10 XB 603 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək
magistral yolun kənarındakı qaz kəmərinə çırpılıb. Nəticədə avtomobil və
eləcə də qaz kəməri zədələnib. Hadisə yerinə çağırılan qəza briqadası
baş verə biləcək yanğının qarşısını dərhal almağa müvəffəq olub.
Sürücünün sözlərinə görə, qəfildən yola heyvan çıxdığından o,
avtomobili qaçırmağa məcbur olub.
Faktla bağlı araşdırma aparılır.