Главная » 2013 » Январь » 12 » Astarada yaşayış evində yanğın olub
20:40 Astarada yaşayış evində yanğın olub |
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 11-də saat 19.00 radələrində rayonun Səncərədi kənd sakini, 1937-ci il təvəllüdlü Mötəbər Nəhmət qızı Novruzovaya məxsus fərdi yaşayış evində qeydə alınıb. Olay yerinə dərhal FHN-in Astara Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və iki yanğınsöndürən maşını səfərbər olunub. Onların səyi ilə yanğın tamamilə lokallaşdırılmaqla əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 180 kv. m olan birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tüstü bacasının ətrafı 4 kv. m sahədə yanıb. Faktla bağlı araşdırma aparılır.
|
Просмотров: 263 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 25 Гостей: 25 Пользователей: 0
|