Главная » 2012 » Август » 10 » Astarada “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib
14:40 Astarada “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib |
"Təmiz
hava aylığı” çərçivəsində bu gün Astara şəhərinin Heydər Əliyev prospektində
növbəti reyd keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsi ilə Astara Rayon Polis
Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının birgə iştirakı ilə keçirilən
tədbir zamanı 70-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Havaya buraxılan dəm
qazının normadan artıq olduğu üçün onlardan
30-u barəsində qanuna müvafiq qaydada inzibati protokol tərtib edilib.
Sürücülər isə bu vəziyyəti yanacağın keyfiyyətinin aşağı olması ilə əlaqələndiriblər.
Reyd
zamanı sürücülük hüquqi olmadan nəqliyyat vasitəsini idarə edən üç sürücü saxlanılmaqla
onların avtomaşınları cərimə meydançasına aparılıb. Texniki baxışdan keçməyən daha üç sürücü
barəsində isə cərimə protokolu tərtib olunub.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi
İlqar Rəhimzadə rayon ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini
təmin etməkdən ötrü bu cür reydlərin vaxtaşırı keçiriləcəyini bildirib.
|
Просмотров: 259 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 28 Гостей: 28 Пользователей: 0
|