Главная » 2012 » Сентябрь » 18 » Astarada əmək yarmarkası keçirilib
12:58 Astarada əmək yarmarkası keçirilib |
Astara. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın
Astara şəhərində Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin tədbirlər planına müvafiq
olaraq növbəti əmək yarmarkası keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli
qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin
edilməsinə kömək göstərmək olub. Astara Rayon Məşğulluq Mərkəzinin direktoru
Zeynulla Şükürovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, yarmarkada
iştirak edən vətəndaşlara 15 dövlət, 10 özəl müəssisə və təşkilat tərəfindən
200 boş iş yeri təqdim olunub. Bu iş yerlərinə görə 95 manatdan 568 manatadək
əmək haqqı təklif edilib. 320-ə yaxın işaxtaran və işsiz vətəndaşın iştirak
etdiyi yarmarkanın sonunda 60 nəfərə daimi iş yerinə göndəriş verilib.
|
Просмотров: 264 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 10 Гостей: 10 Пользователей: 0
|