Главная » 2012 » Ноябрь » 20 » Astarada iki avtomobil toqquşub, üç nəfər yaralanıb
16:38 Astarada iki avtomobil toqquşub, üç nəfər yaralanıb |
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara
rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin
(RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) baş müfəttişi İlqar Rəhimzadənin APA-nın
Cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt - Astara
magistralının 219 kilometrliyində - rayonun Telman kəndi ərazisindən keçən
hissəsində qeydə alınıb. Astara rayonunun
Siyəkü kənd sakini, 29 yaşlı Rövşən Əkbərovun idarə etdiyi "VAZ-2107” markalı
avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn Lənkəran
rayonunun Vilvan kənd sakini, 51 yaşlı Hüseynağa Əliyevin idarə etdiyi "VAZ-2106”
markalı avtomaşınla toqquşub. Güclü zərbədən "VAZ-2106” markalı avtomaşın
yoldan çıxaraq, yolun kənarındakı su arxına düşüb. Nəticədə hər iki avtomobilin
sürücüsü, eləcə də "VAZ-2107”- nin sərnişini, Astaranın Siyəkü kənd sakini, 38
yaşlı Kamil İrşadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi
Rayon Xəstəxanasına yerləşdirilib. Bundan əlavə hər iki avtomaşın yararsız hala
düşüb.
Faktla bağlı araşdırma aparılır.
|
Просмотров: 238 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|