Главная » 2012 » Март » 29 » Astarada «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib
17:53 Astarada «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib |
Bu gün Azərbaycan İqtisadi
İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Astarada
«Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda
tədbir keçirilib.
Nazirlikdən «APA-ECONOMICS»ə
verilən məlumata görə, tədbirdə Səhiyyə və Kənd Təsərrüfatı
nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin, Astara Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların
nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.
Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev
Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, əhalinin sosial rifahının
daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulayıb: «Bütün bunlar
əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların
seçim imkanlarının genişləndirilməsinə şərait yaratmaqla istehlakçıların
hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir. Dövlət Xidməti
tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri
zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi,
keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə
uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq
məhv edilib. İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1 287,8 min manat cərimə
tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə
yol vermiş təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası
tətbiq edilib».
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının
müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir
istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə
diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib, tədbir
iştirakçılarının suallarını cavablandırıb.
|
Просмотров: 282 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 20 Гостей: 20 Пользователей: 0
|