Главная » 2016 » Апрель » 14 » Astarada 20-yə yaxın qəbirin başdaşı sındırılıb
06:53 Astarada 20-yə yaxın qəbirin başdaşı sındırılıb |

Astara. Ağəddin Babayev - APA. Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında 20-dək qəbirin başdaşı sındırılaraq yararsız vəziyyətə salınıb.
Bu barədə APA-nın cənub bürosuna kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar. Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra iki nəfər yerli sakini şübhəli şəxs qismində saxlayıblar.
Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
|
Просмотров: 266 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
Təqvim
« Апрель 2016 » |
Пн |
Вт |
Ср |
Чт |
Пт |
Сб |
Вс |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|