Главная » 2011 » Август » 10 » Astara rayon sakini həmkəndlisini baltalayıb
18:12 Astara rayon sakini həmkəndlisini baltalayıb |
Azərbaycanın Astara rayon sakini
həmkəndlisini baltalayıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata
görə, hadisə rayonun ucqar yaşayış məntəqəsi olan Romi kəndində qeydə
alınıb. Kənd sakini, 46 yaşlı Malid Rukiyev şəxsi münaqişə zəminində
həmkəndlisi, 53 yaşlı İlham Rüstəmova balta ilə ağır bədən xəsarəti
yetirib. Bir neçə balta yarası alan İlham Rüstəmov təcili Lənkəran
Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Çoxlu qan itirməsinə
baxmayaraq, həkimlər onu xilas edə biliblər.
Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb. Hadisəni törətməkdə
təqsirli bilinən Maldi Rukiyev saxlanılıb və hadisə ilə bağlı istintaqa
ifadə verib.
|
Просмотров: 276 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 15 Гостей: 15 Пользователей: 0
|