Главная » 2012 » Январь » 7 » ARDNŞ-in tibb obyektləri Səhiyyə Nazirliyinə verilib
08:28 ARDNŞ-in tibb obyektləri Səhiyyə Nazirliyinə verilib |
Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncam verib. Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında
olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ,
Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı
Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar
əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sərəncama
əsasən, Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq
xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.
Sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və
müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək
münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə
nəzərdə tutulmuş tədbirlər görsün.
|
Просмотров: 282 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 9 Гостей: 9 Пользователей: 0
|