Elə mən özüm indiyədək qadınlardan yazdığım yazıları bir yerə toplasam
yəqin ki, kişillər qarşı ədalətsizlikdən utanaram. Çünki tənha kişilər
qadınlardan heç də az deyil. Amma onlardan yazmırlar.
Dünya belə
qurulub, tənha qadınlar dəstə halına meyl edir və ona görə də onları
görməmək mümkün deyil. Hətta tənha qadın tək də olarsa günün günorta
çağı sakit dənizdə yelkənli qayıq kimi uzaqdan seçilir. Kişilərsə tənha
olanda düşdüyü mühitə uyğunlaşmağı, yəni buqələmun kimi rəngini
dəyişdirib ətrafına qarışmağı seçir ki, tənhalığıyla çox da gözə
girməsin. Kişi tənhalığı bir mərəz, xəstəlik, sanki utanclı bir şeydir.
«Subaylıq sultanlıqdır!» şüarını əlində bayraq etmiş tənhalar
alkoqolikin içmək bəhanəsi axtardığı kimi, qumarbazın gizli kazino
gəzdiyi kimi nikah perspektivlərindən azad adacıqlar axtarır. Çətinliklə
olsa da tapır və subaylıq şüarını və bayrağını ora sancır. Tənha
qadınlardan fərqli olaraq onun yaratdığı «azadlıq adası»na arabir
qadınlar da gəlir. Muzeyə gəlirmiş kimi gəlir, baxır, bəlkə də bir az
qalır, amma mütləq çıxıb gedir.
Kişilər
şikayət etmir
Adətim üzrə mövzunun axtarışını İnternetdə
gəzirəm. Çoxlu ağrılı, düşündürücü, yaddaqalan həyat hekayələri oxudum.
Adətən tənhalıqdan qadınlar yazır, kişilərsə belə yazıların altına şərh
yazmaqla özlərini məhddlaşdırırlar. Kişilər arasında bir dənə də
ağlayıb-sızlayan, şikayət edənə rast gəlmədim. Çünki bu özü kişi
təbiətinə ziddir. Ona görə də təkdirsə kişiyə azad, qadına tənha
deyirlər. Kişi tənhalığı ona görə böyük problemdir ki, heç bir tənha
kişi kompüterin arxasına keçib ürəyini deşən problemləri yazmaz,
kimsəylə bölüşüb ürəyini boşaltmaz. Tənha kişilər barədə əhvalatları
çeşidlədikcə düşünürəm ki, onları qorumaq lazımdı. Müasir həyat onlardan
ən yaxşılarını sıradan çıxara bilər.
Cəmiyyətdə belə fikir
formalaşıb ki, qadın nə qədər ki, cavandı ailə qurmalıdı. Bu narahatlıq
kişilərə şamil edilmir. 35 yaşına kimi evlənməyən kişiyə normaq
baxırlar. Amma psixoloqlar deyir ki, kişilər də tez evlənməlidi. Bunun
həm sağlamlığa, həm də nəsil artırma imkanına birbaşa dəxli var.
Subaylıq sultanlıqdı şüarı altında yaşayanların başı zöhrəvi xəstəliklər
kimi möhkəm qayaya dəyir və buynuzlarını sındırırlar. Kişinin qeydinə
qalmayanı, qayğısını çəkməyəni, üstündə məsulliyti olmayanda onun
xasiyyətində fəsadlar əmələ gəlir ki, şəxsiyəytini korlayır. Bəzən bu
xisiyyətindən kişi ömrünün sonuna kimi tək qalır. Tək və tənha qoca,
bədbəxt və yazıq insan sözlərinin sinonimi kimi səslənməyə başlayır.
Qadınları
ara düzəltməklə tənhalıqdan qurtarmaq olursa kişiləri bəzən görüş
çıxmağa razı salmaq müşkül olur. Kişilərin əksəriyyəti düşünür ki, seçim
etməyi onlar anadangəlmə bacarır və kimsə bu sahəyə öz barmağını qoya
bilməz. Tənha kişilər heç vaxt təkliyindən şikayət etməz. Bəlkə də
əksinə, ətrafdakı qadınların ona marağından bir qədər qürür duyar.
Tənhalıq
xudbinlik doğurur. Öz qanunlarını, öz qaydalarını , öz konstitusiyanı
yazanacan həyat dayanıb səni gözləmir. Bəlkə də sən ətrafındakı
qadınları saf-çürük edənəcən hardasa sənin adına yazılmış qadının saçı
ağarıb qocalır. Əlbəttə, tənhalıq xəyanət etməz. Dostlar kimi, sevdiyin
qadın kimi səni atmaz. Nə vaxt istəsən o sənin yanında olacaq. Məsəl
var, tənhalığı sevənlər ya vəşhi heyvanlardı, ya da Allahın özüdü.
Qalanlarının köməyə, bəzən isə müalicəyə ehtiyacı var.
Simpatik, arzulanan, amma tənha…
Kişilərlə
dostluğumdan istifadə edərək apardığım müşahidələri bölüşmək istərdim.
Yazıdakı adsız qəhrəmanlarım uydurulmuş obrazlar deyil. Onların arasında
tənbəllikdən evlənməkdən qaçan ana uşağı, işləməkdən başı ayılmayan
həyatdan uzaqlaşmış adam yoxdu. Onlar hamısı simpatik, savadlı,
cəmiyyətdə yerini tutmuş normal kişilərdi. Onların bir ümumi cəhətə var,
onlar tənhadır… Tənhalarımı sistemləşdirmək istədikdə bel bir mənzərə
alındı:
Yaralı şəhzadə –
Onun çoxlu rəfiqələri var. Şəhərlidir, evi, eşiyi, prestijli ali
məktəbdə işi də var. İlk baxışdan gəzən qadın xoşbəxtliyi kimi görünən
bu kişi də təkdi. Hətta qadınlara erotik qığılcımsız baxır. Bəlkə də
ətrafındakı subay qadınlar «Heyif ondan, bəlkə geydir» düşünür. Amma
dostları bilir ki, bir neçə il əvvəl arvadıyla ayrılıb və hələ də özünə
gələ bilmir. Məhkəmədə evi, maşını əlindən aldığı bir yana gedəndə bu
qadın özüylə sevgiyə inamını da apardı. O həyatında sanki bir pauza
eləmək, nəfəsini dərmək istədi. Bu pauza yaman uzandı. Evdə anası
baş-qulağını aparmasa heç evlənmək fikrini beynindən keçirməz də.
Belə
incilər çox vaxt humanitar ziyalılar arasında olur. Onların psixoloji
quruluşu buna imkan verir. İlk sevgi daşa dəyəndə, 5-ci sinifdə parta
yoladşına sürtülmüş pozan bağışlayanda onu söyəndə içində nəsə bir tel
qırılır və onun bitişməsinə onilliklər lazım gəlir. Onun yumşaqlığı
qadınları əsəbləşdirir. Nə olsun ki, yeri gəlsə yemək bişirə də, ev
yığışdıra da bilir. Qadınlar belə kişilərin başına pərvanə kimi
dolanmır.
Deyim ki, bu tip tənhalar natamamlıq kompleksi
keçirmir. Hətta güclü qadınlardan da qorxmurlar. Özündən 3 dəfə artıq
qazanan qadına rast gələsi olsa «Nə olsun, mən də çoxlu kitab oxumuşam»
deyəcək.
Əbədi adaxlı –
ABŞ-ın məşhur avtoqonşiki və arvadbazı sayılan Saymon Ouksun bu
yaxınlarda buraxdığı kitab yaman səs-nüyə səbəb olmuşdu. Uzun müddət
həsəd aparası adaxlı kimi gəzən Saymon onu nəvaziş və kamfortla əhatə
etmiş qadına rast gəlincə asudə yaşayırdı. Evlənən kimi o, «Kişilər niyə
evlənir» adlı kitabını yazdı. Kitabın məğzini bir cümləyə gətirsək belə
fikir alınır: kişilər yaxşı yedizdirən, yuyub yığışdıran və keyfiyyətli
seks yapan qadınlara evlənir. Yəni ki, məişətdən baş çıxart və qırçınlı
qara corabları ayağına keçirt və səni kimsə mütləq alacaq. Feminizmin
beşiyi sayılan bu ölkədə belə sözü ucadan demək olardımı? Kimisi kitabı
və onu yazanı söyür, kimisi isə aclıq zamanı buğdanı alan kimi kitabın
son nüsğəsinə qədər alıb apapırdı. Bizdə isə hər şey belə deyil.
Bizim
kişilər mövcud şəraitə uyğunlaşaraq əl altnda olanlarla evlənirlər.
Xalaqızı, əmiqızı kimi tez həll olan variantları hətta çıxsaq da yerdə
qalanlardan qara corab gözləmək gülüncdür. Bəzən evində cənnət şəraiti
yarada biləcək qadna rast gəlirsə də «Belə qadına evlənməzlər» deyib
geri çəkilməyə özlərinə yer saxlayırlar. Belə tənha kişilərin gözü
həmişə axtarır. Bəzən 10 il bir yerdə yaşadığı qadınla (məlum
səbəblərdən onunla evlənə bilməz. Axı onun birincisi deyildi) elə ilk
gündən hər an ayrılacağını düşünərək yaşayıb. «Məni sevir, yaxşı evdar
xanımdı, amma nəsə çatışmır» cümləsinin hər il yeni variantını dilinə
gətirib axtarmaqda davam edir. Ola bilər ki, hər dəfə özünü təmizə
çıxaranda: «Onun mələk kimi xasiyyəti var» deməyi də unutmur. Baxmayaraq
ki, 40-ı çoxdan arxada qoyublar. Axı incə zövqü nəfisliyi mətbəx
qadınında axtarmağa icazə vermir, o, qeyri-standart, yaradıcı şəxsiyyət
axtarır.
Bu tip tənhalar işguzar adamlar arasında rast gəlinir.
Onlar ətrafında olmayan nəyisə, kimisə axtarır amma tapa bilmirlər.
Onlar həyatına rəng qatacaq bir qadını gözləyirlər. Ola bilər ki, bu
qadın yuyub-yığışdırmağı bacarmasın. Bununçün həmişə ehtiyatda
gizlədilən qadınlar var. Standartlara uyğun gəlməyən xanımlar onun
yanında həmişə nişanlı statusundan uzağa gedə bilməyəcək. Xanımı bir az
zirək çıxıb nəsil artırma instinktini işə salsa bəlkə belə tənha kişinin
əl-ayağını yığmaq olar. Valideynlər də bir tərəfdən onu çıxışdırıb
boynuna evlilik boyunduruğu sala bilər.
Çörək ağacı – bu tip kişilərin təkliyi ən azı 35 yaşadən
davam edir. Sonra vicdan əzabın çəkmiş qohumlar onu evləndirsə belə yeni
ailənin çoxlu maddi problemləri olur. Çünki onun ömrünün ən gözəl
illərini valideynlərini, bacı qardaşlarını, kənarda təsadüfən əmələ
gəlmiş uşağını və sair insanları yedirib içizdirməkdən başı ayılmayıb.
Zaman kəsiyində onun belinə dırmaşmış bütün bu qohum əşrəba onu sonacaq
at kimi minməyi normal hal sayırlar. Bacılarına cehiz düzəldib,
qardaşlarını ev-eşik sahibi edəndən, valideynlərinin qocalığını təmin
edəndən sonra da onun işləri azalmır. Hiperməsuliyyət hissiylə yaşayan
bu tip kişilər daha bir nəfəri, sonra nəticədə yaranacaq 2, bəlkə də 3
nəfəri yedizdirmək qorxusu qarşısında evlənməmyi üstün tuturlar. Bu tip
tənhalar yüksək vəzifəyə dırmaşa bilmirlər, çünki belə yüklə karyera
qurmaq çətindi. El adəti üzrə evlənəsi olsa onunçün müti, səsi çıxmayan
bir qız tapacaqlar ki, pullar həmişə axtığı istiqamətdə axmağa davam
etsin. Bəxti gətirsə bic və zirək qadına rast gəlsə gələn kimi bu qadın
axan «neft kəməri»nin ağzını qapadacaq və kişinin qohumlarına tüpürmək
belə istəməyib eqoistliyi ilə bu problemini tezbazar həll edəcək. Amma
yenə də kişinin tənhalığı çətin ki, keçə. Çünki boynunda gəzdirdiyi
sərnişin siyahısını yenidən nəzərdən keçirəndə boşalmış yerlərdə mütləq
kimsə oturacaq. Oturanlar bu dəfə artıq qan qohumları olmayacaq.
Güclü
qadınlar içindən yetişən – Bir də görürsən ki, gözəl, göyçək, bir
balaca gəzəyən kişi seçib-seçmələyib 40 yaşın astanasında kifirçənin
birini yanına salıb evə gətirdi. Deyən lazım, gəzib dolaşdıqların bundan
min dəfə yaxşı idi. Bu necə görməməzlikdi. Qadının taleyində bir az
eşələnsən birinci ərindən uşağı da çıxacaq. Bu yaşacan nə oxuyub, nə
işləyib. Elə bil lotoreyada udmuş kimi həyatının ən pis anında bədxərcin
və gəzəyənin biri toruna düşüb. Bu tip tənha kişilər adətən güclü
qadınlar olan kollektivlərdə yaranır. O, hər gün hökmlü, savadlı və
gözəl olmaqla yanaşı lap ipləmə xasiyyətli qadınlarla birgə işləyərək
zaman keçdikcə belə qadınlara nifrət eləməyə başlayır. Onun qadın barədə
fikirlərində ciddi dəyişikliklər yaranır və onun sözünün qarşısında bir
kəlmə deyən qadına artıq azğınlaşmış kimi baxır. Məhz belə kişilər 2
sözü bir-birinə calayıb deməyə və 2 eşşəyin arpasını bölə bilməyən
qadına rast gəlincə axtarmağında olur. Tapdısa ailə qurub evdə diktatura
yaradacaq, tapmadısa qadına nifrət hissiylə ömrünün sonunacan
yaşayacaq. Amma ildən-ilə müti qadınların sayı da azalır…
Əbədi tənhalıq – Bu tip kişilər evli
kişilər arasından seçilir. Kənardan baxanlarçün hər şey normal görünür.
Evi, arvadı, uşaqları, həsəd aparacaq rahat məişəti də var. Hər axşam
televizor qarşısında yerini heç kim tutmur, hətta sözünün qarşısında söz
deyəni də yoxdu. Amma o, tənhadır. Bəzən bunu heç özünə də etiraf
etmir. Bu barəda əclaf fikirlər ona məhəbbətdən olan filmlərə baxanda
beyninə girir. Potensial sevgililəri tanıdığı qadınların obrazına bir
növ paltar kimi geydirib xəyalında nəsə uydurur. Amma az sonra
variantlarn heç birini bəyənməyib tənha həyatını yaşamaqda davam edir.
Bu tip tənha kişilərin təbiətcə xəyanətkarı erotik axtarışlarını
həyatda, təbiətcə zirək olmayanları isə xəyalında reallaşdırır. Amma
bununla tənhalıq hissindən qurtula bilmir. Sanki onun qadını hələ
doğulmayıbmış kimi gözləməyində olur.
Yaxşı oğlan – bu kateqoriya tənhalar
həyatın hər üzünü görmüş, görkəmli, amma azad yaşamaq istəyən kişi
aiddir. Bu fərdlər tənha olmağa məhkumdu. O, seçim edə bilmir, həyat
təcrübəsi ona mane olur. Çünki ərinə xəyanət edən onlarla qadınla
görüşüb. Cavanlıqda seçim edəndə duyğular köməyə gəlir. Duyğuların
zamanı keçəndən sonra belə vacib məsələlərdə ağıl aciz qalır. Hətta
düzgün seçim edəndə də razılıq və xoşbəxtlik hissi gəlmir. O özünü
məşuq-oynaş münasibəmtərilə bağlamaq istəmir. Pulla gələn qadından
yalnız quru seks gözlmək olar, bəşqa heç nə. Qalan qadınlarsa bir
gecəlik münasibət istəmir. Ona həmişə potensial ər gözüylə baxırlar.
Evli qadınlarla münasibət qorxuludur. Bir gecəyə başlayıb və səhər bitən
kiçik sevgi macərası insanın həyatında 1-2 dəfə ola bilər, artıq yox.
Ona görə də yaxşı oğlanlar tənhadır.
Kişi tənhalığı təkamül prosesinə təkan verir
Onsuz
da qadını tam razı salmaq mümkün deyil. Bu gün ev istəyirsə, sabah
brilyant, şuba istəyəcək, birigün hamısından bezib bir qırağa
tullayacaq. Rəhmətlik O. Henri demiş qadının sirli məxluq olması fikrini
bəşəriyyətə qadınlar özləri sırıyıblar. Onsuz da qadını anlaya
bilməyəcəksiz. Kişinin gördüyü ilə paltarın altındak reallığı müqayisə
etmək ehtirası sivilizasiyanın dərin köklərinə qədər gedib çıxır. Qadın
asılılığından qurtulmaqçün kişilər müşahidə borusu, binokl, elektrik
mişarı, tozsovuran, rezin kukla və homoseksualizm kimi tapıntılar
ediblər. Kişi tənhalığının təkamül prosesinə verdiyi töhvələrdən
cildlərlə kitab yazmaq olar. Tənhalıqdan evin küncünə sığınıb taxtadan
Eyfel qülləsinin kiçik modelini balaca mişarla yontmaq olar. Amma
kişilərin əksəriyyəti tənhalıqla mübarizədə başqa yollar seçirlər.
Onların əksəriyyəti evə gecə hamı yatandan sonra gəlib, sübh tezdən,
hamı hələ yatanda getməyi üstün bilirlər.
Etiraf etmək lazımdı,
kişilərin çoxu qadınları sevir. Üstəlik pulları da. Arabir pivə içməyi
də. Ət yeməyi də, işə getməyi, maşınları, idmanı, televizoru, balıq
tutmağı, pornonu, rəngi getmiş maykanı və s. Amma siyahıdan olan bir
punktu, yəni qadınları daha iti, ehtirasla, nəbzini itirənədək,
bayılanadək, bəzən varidatını havaya sovuranadək sevirlər. Kişilərdən
kimi soruşsan deyər ki, «Həyatda qadınsız yaşamaq mümkün deyil!».
Mətbəxdə subaylıqdan əmələ gələn abstraksionizm gəldi gedərdi. Aşbazlıq
kitabında «Borş» adlandırılmış qırmızı rüsvayçılığı bir həftə hər dəfə
bir kasa həcmində içəri ötürsən də olar. Amma qadınsız olmur.
Kişi
tənhalığı barədə həkimlərin, psixiatrların yazdıqlarını oxuyanda bütün
bəşəriyyətə, dahilər qarışıq bütün kişilərə nifrət etməyə başlayırsan.
Amma sadalanan səbəblər arasında birisi var ki, onu qadınlarçün
yazmırlar. Kişi tənhalığı ruhi yüksəlmə elementi kimi, şəxsiyyətin
kimilləşməsi pilləsi kimi. Bu yolu qadınlar getmir…
Kimin nəyinə
lazımdı ki, siz nədən tənhasız?! Buna son qoyun, vəssalam. Sokrat demiş
uğurla evlənsəz xoşbəxt olarsız, alınması filosofluq edərsiz.
"Bizim Yol" qəzeti
|