Понедельник, 14.07.2025, 16:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 29 » 43 yaşlı qadın dənizin Lənkəran ərazisində boğulub
14:27
43 yaşlı qadın dənizin Lənkəran ərazisində boğulub


Lənkəranda boğulma faktı qeydə alınıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran xilasetmə məntəqəsinin rəisi İlkin Ağayev verib. Onun sözlərinə  görə,  ötən axşam Xəzər dənizinin Lənkəran rayonunun Göyşaban kəndi ərazisində bir  qadının boğulması ilə bağlı onlara daxil olan məlumata müvafiq olaraq dərhal xilasetmə işlərinə başlanıb. Lakin xilasedici heyətin ərazidə gecə saat 01.00 radələrinədək apardığı axtarışlar nəticə verməyib. Bu gün səhər saatlarında isə yenidən davam etdirilən axtarış tədbirləri nəticəsində    qadının meyiti balıqçı toruna ilişmiş vəziyytədə  tapılaraq sudan çıxarılıb və Məhkəmə  Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran zona Mərkəzinə gətirilib. Araşdırmalardan sonra qadının Masallı rayon sakini,  1969-cu il təvəllüdlü  Aygün  Hüseynağa qızı Qədirova olduğu məlum olub.

        Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb,  hadisənin inthar   və ya  təsadüfi boğulma olması ilə bağlı  araşdırmalar davam etdirilir
Просмотров: 320 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031