Суббота, 27.04.2024, 18:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 13 » Yol polisinin Lənkəranda keçirdiyi reyd zamanı 30-a yaxın sürücü cəzalandırılıb
19:58
Yol polisinin Lənkəranda keçirdiyi reyd zamanı 30-a yaxın sürücü cəzalandırılıb

Lənkəran. Ağəddin Babayev -APA. Bu gün Lənkəran şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti reyd keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, reyd nəqliyyatın intensiv hərəkətdə olduğu şəhərin Füzuli və Şəhidlər Xiyabanı küçələrində baş tutub.

Şöbənin Post-Patrul Xidməti əməkdaşlarının da qatıldıqları tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb.

Reyd zamanı avtomaşını texniki baxışdan keçirməyən, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə edən, avtomaşına əlavə avadanlıqlar quraşdıran, eləcə də polisin “Dayan!” əmrinə tabe olmayan 30-a yaxın sürücü saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cəza tədbiri seçilib.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili isə cərimə meydançasına aparılıb.

Просмотров: 294 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031