Понедельник, 29.04.2024, 05:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 18 » Yol polisi Astara şəhərində reyd keçirib
13:51
Yol polisi Astara şəhərində reyd keçirib

      


 Astara. Ağəddin Babayev – APA. Hərəkətin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlamaq məqsədilə Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları şəhər ərazisində reyd keçiriblər. Astara RPŞ-nin DYPB-nin rəis əvəzi İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, bir neçə saatlıq reyd zamanı avtomaşını texniki baxışdan keçirmədiyi, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə etdiyi, avtomaşına əlavə avadanlıqlar quraşdırdığı, eləcə də polisin əmrinə tabe olmadığı üçün 50-dək sürücü saxlanılıb. Onlardan 30-u barəsində inzibati qaydada protokol tərtib olunub, sürücülük hüququ olmadan idarə olunan 13 avtomobil isə cərimə meydançasına aparılıb. 

Просмотров: 296 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930