Понедельник, 06.05.2024, 14:39
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 17 » “Yaşıl Azərbaycan naminə” layihəsi çərçivəsində Lənkəranda ekoloji təlim keçirilib
16:45
“Yaşıl Azərbaycan naminə” layihəsi çərçivəsində Lənkəranda ekoloji təlim keçirilib


Lənkəran. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 12 iyul 2011-ci il tarixində başlanılmış İDEA ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyası növbəti ölkəmiqyaslı ekoloji maarifləndirmə layihəsinə start verib. Dördüncü həftənin başlaması ilə təlimçilər artıq 2 rayonda 4 məktəbdə seminar keçiblər. APA-nın Cənub bürosunun məlumatına görə, oktyabr ayının 16-da Masallı rayonunun məktəblərində şagirdlərlə görüşən təlimçilərin növbəti dayanacaq nöqtəsi Lənkəran şəhəri olub.

Oktyabrın 17-də Vaqif Əliyev adına Lənkəran şəhər 4 saylı hümanitar təmayüllü məktəb-liseydə baş tutan təlimdə şagirdlərə ilkin olaraq ekoloji biliklər verilib. Layihənin əsas məqsədi isə şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin İDEA kampaniyasının regionlarda "yaşıl könüllülər” komandasını inkişaf etdirməkdən ibarətdir.

Şagirdlərdə ekoloji yaşıl düşüncənin formalaşdırılması yönümündə aparılan təlim çərçivəsində  ətraf mühitin mühafizəsi yönümündə hər bir fərdin bilməli və etməli olduğu vacib öhdəliklər barədə informasiyalar verilib. Ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər yaşıl məsələləri əhatə edən təlim müddətində şagirdlərlə birlikdə həmçinin müxtəlif ekoloji oyunlar keçirillib.

Qeyd edək ki,  20 rayon və şəhəri əhatə edən İDEA ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyasının layihəsi çərçivəsində artıq 17 rayonun 34 məktəbində seminarlar təşkil olunub. Təlimçilər layihə müddətində 6000-dən artıq şagirdlə təmasda olublar.

 

Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031