Понедельник, 29.04.2024, 01:11
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 27 » Yardımlıda taxıl sahələrindən 4485 ton məhsul götürülüb
19:34
Yardımlıda taxıl sahələrindən 4485 ton məhsul götürülüb



Dağlıq rayon olan Yardımlıda taxıl biçini davam edir. Hava şəraitinin əlverişli keçməsi nəticəsində dəmyə şəraitində də bol məhsul əldə olunub.

Bu barədə  Yardımlı Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsindən məlumat verilib.

Məlumata görə, bu il rayonda 3 min 200 hektar sahədə taxıl əkilib ki, bu da ötənilkindən 372 hektar çoxdur. Dövlətin taxılçılığın inkişafına dəstək verməsi bu sahəyə marağı daha da artırıb. Taxıl sahələrinin 70 faizini buğda təşkil edir. Hazırda buğda biçini davam edir. Məhsuldarlıq ötənilkindən yüksəkdir.  

2300 hektardan 4 min 485 ton məhsul götürülüb. Qalan sahələrlə birlikdə 6 min 300 ton taxıl proqnozlaşdırırlar. Eləcə də, bu il taxıl sahələrinə mütəxəssislərin nəzarəti altında düzgün aqrotexniki qulluq göstərilib, sahələr vaxtında lazım olan gübrələrlə təmin edilib. Biçin kampaniyasının daha mütəşəkkil keçirilməsi üçün ətraf rayonlardan da kombaynlar cəlb olunub.
Hazırda sahələrdə 15 kombayn və digər texnikalar işləyir.

 

Просмотров: 229 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031