Четверг, 25.04.2024, 22:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 3 » Yardımlıda iki mərtəbəli ev yanıb
22:06
Yardımlıda iki mərtəbəli ev yanıb

Yardımlı. Ağəddin Babayev – APA. Yardımlıda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 3-də rayonun Hamarkənd kənd sakini,  1960-cı il təvəllüdlü Ədalət Balaş oğlu Adışova  məxsus  ikimərtəbəli fərdi evdə qeydə alınıb.

Yanğının söndürülməsindən ötrü hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yardımlı Rayon Yanğından Muhafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə  yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, 4 otaq və aynabənddən ibarət  ümümi sahəsi 180 kv.m olan ev içindəki məişət əşyaları ilə  birlikdə  yanaraq yararsız vəziyyətə düşüb. 

Faktla bağlı araşdırma aparılır.   

Просмотров: 273 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728