Суббота, 04.05.2024, 09:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 22 » Yardımlıda 4 gün əvvəl törədilmiş oğurluq faktlarının üstü açılıb
19:39
Yardımlıda 4 gün əvvəl törədilmiş oğurluq faktlarının üstü açılıb



Yardımlı. Ağəddin Babayev - APA. Yanvarın 18-də gecə saatlarında Yardımlı rayonunda törədilən oğurluq faktlarının üstü açılıb. Bu barədə APA-nın cənub bürosuna  Yardımlı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Yardımlı RPŞ ilə Biləsuvar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arus kənd sakini Bəşir İbrahim oğlu Mustafayevin Yardımlı şəhərinin Heydər Əliyev prospektində yerləşən müdiri olduğu 146 saylı aptekdən 80 manat nağd pulu, müəyyən qədər dəmir pulu və aptekə məxsus möhürü, Yardımlı şəhər sakini Müşviq Tarqulu oğlu Bədirova məxsus şəhərinin Heydər Əliyev prospektində yerləşən ticarət köşkündən 315 manat nağd pulu, 1 ədəd "Sony”  markalı DVD-ni, 1 ədəd "NOKİA-6300” markalı mobil telefonu, müxtəlif növ siqaret və şokaladları, həmçinin Yardımlı şəhər sakini Camal Mədət  oğlu Adiyevin rayon mərkəzində yerləşən ticarət köşkündən içərisində olan 3030 manat pul ilə birlikdə 1 ədəd seyfi, 600 manat nağd pulu, müxtəlif adda siqaretləri, köşk sahibi ilə onun həyat yoldaşı Sahibə Mirzəbaba qızı Adiyevanın adına olan təqaüd kartlarını, müxtəlif növ çayları oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakinləri, 20 yaşlı Ceyhun Bəxtiyar oğlu Süleymanzadə, 20 yaşlı Mirhəmməd Əhməd oğlu Rzazadə və 19 yaşlı Elmar Xalid oğlu Əkbərzadə  yaxalanaraq istintaq orqanlarına təhvil veriliblər. İlkin araşdırmalar zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

 

Faktla bağlı Yardımlı RPÇ-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.3.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Просмотров: 278 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031