Вторник, 07.05.2024, 04:55
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 21 » Yardımlı və Lerik rayonlarında yağan qarın qalınlığı 60-80 santimetrə çatıb
14:10
Yardımlı və Lerik rayonlarında yağan qarın qalınlığı 60-80 santimetrə çatıb


Srağagün axşam saatlarından başlayan güclü qar yağıntısı Yardımlı və Lerik rayonlarında bir sıra problemlər yaradıb. Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xanıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağan qarın hündürlüyü rayon mərkəzində 50 – 60 sm, ucqar ərazilərdə isə 70 – 80 sm təşkil edir. Masallı rayonundakı yüksək gərginlikli elektrik xətləri qəza vəziyyətinə düşdüyündən Yardımlı rayonu iki gündür ki, işıqsız qalıb.
A. Xanıyev problemin həlli üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü, ağır texnikanın köməyi ilə rayon mərkəzindən kəndlərə gediş – gəlişin dünəndən bərpa olunduğunu bildirib.

Güclü qar qonşu Lerik rayonunda da böyük fəsadlar törədib. Lerik Rayon Icra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, qarın qalınlığı şəhərdə 80 sm, dağlıq ərazilərdə isə 90 santimetrə çatıb. H. Məlikov qarın ağırlığından hər biri 35 kilovoltluq olan Lənkəran-Hamarat və Masallı-Telavar yüksək gərginlikli elektrik xətlərində qəzanın baş verdiyini, onlarla elektrik dirəyinin aşdığını, naqillərin qırıldığını bildirib. Nəticədə Lerik şəhəri də daxil olmaqla, rayonun 162 yaşayış məntəqəsi enerjisiz qalıb. Dünən axşam saatlarında isə şəhərə və 50-dən çox kəndə enerjinin verilişi bərpa edilsə də, hazırda daha 100-ə yaxın yaşayış məntəqəsi işıqsızdır. H. Məlikov enerjinin verilişinin bərpası istiqamətində tədbirlərin görüldüyünü qeyd edib.

Güclü qar həmçinin nəqliyyatın hərəkətini də iflic vəziyyətə saldığından Lerikin yaşayış məntəqələri arasında əlaqə qismən kəsilib. Lənkəran – Lerik şose yolunda da maşınların hərəkətində problemlər yaşanıb. 43 saylı Lerik rayon Yol İstismar İdarəsinin əməkdaşları və ağır texnika yolların qardan təmizlənməsi işinə cəlb olunub. Hazırda hər iki rayonda hava sabitdir.
Просмотров: 375 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031