Суббота, 27.04.2024, 13:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 2 » Yardımlı rayonunun 12 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb
18:32
Yardımlı rayonunun 12 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb


Azərbaycanın Yardımlı rayonunun 12 yaşayış məntəqsində hazırda elektrik enerjisi yoxdur. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xanıyevin sözlərinə görə, mövcud problem bu gün səhər saatlarından yaranıb.
Belə ki, yağan qar rayon ərazisində onlarla elektrik dirəyinin aşmasına və naqillərin qırılmasına səbəb olub. Nəticədə Yardımlı şəhəri ərazisindəki 10 kilovoltluq hava xətləri qəza vəziyyətinə düşüb və rayonun 38 yaşayış məntəqəsinə enerjinin verilişi dayandırılıb. Həyata keçirilən tədbirlər sayəsində 26 kəndə elektrik enerjisinin verilişi bərpa olunub. A.Xanıyev bərpa işlərinin davam etdirildiyini, axşama kimi digər 12 kəndin də elektrik enerjisi ilə təchiz olunacağını bildirib.
Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829