Понедельник, 29.04.2024, 07:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 25 » Yardımlı rayon mərkəzində su və kanalizasiya sistemi quraşdırılır
11:48
Yardımlı rayon mərkəzində su və kanalizasiya sistemi quraşdırılır


Dünya Bankının maliyyə dəstəyi ilə dağlıq Yardımlı rayonunda ilk dəfə olaraq su təchizatı və kanalizasiya sistemlərinin qurulması işinə başlanıb.   Yardımlı Rayon İcra Hakimiyyəti aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, əhaliyə fasiləsiz içməli suyun verilməsi və çirkab suların axıdılmasını təmin etmək məqsədilə gerçəkləşən layihənin icrasına 300-ə yaxın fəhlə və 40-dan çox ağır texnika - ekskovatorlar, qaynaq aqreqatları, asfaltqazan qurğular, ağırtonajlı yük avtomobilləri cəlb olunub. 

Çirkab suların axıdılması üçün xətlərin çəkilməsində diametri 300 -110 millimetrlik korqo borulardan, su xətlərinin çəkilişində isə diametri 250-32 mm-lik plastik borulardan istifadə olunur. Ümumilikdə rayon daxilində 2 ədəd 500 kubluq, 1 ədəd 200 və 10 ədəd 100 kubluq su anbarının tikintisi nəzərdə tutulub. Layhə çərçivəsində Yardımlı şəhərinə içməli su Avur yeraltı su mənbəyindən gətiriləcək. 

Rayonda su-kanalizasiya sistemlərinin qurulması layihəsindən 8000 nəfər yararlanacaq və 100-ə yaxın yerli sakin daimi işlə təmin olunacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna kimi başa çatdırılması planlaşdırılıb.
 
Просмотров: 259 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031