Суббота, 04.05.2024, 15:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 10 » Yaponiyanın Azərbaycandakı səfiri Lənkəranda olub
07:32
Yaponiyanın Azərbaycandakı səfiri Lənkəranda olub


Martın 9-da Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Lənkərana səfər edib. APA-nın Cənub bürosunun məlumatına görə, diplomat öncə Lənkəran rayonunun Xarxatan kəndində qurulan su təchizatı sistemi ilə tanış olub.
Yerli sakinlər, yerli bələdiyyənin üzvləri və iş icraçıları ilə görüşən səfir layihə barədə müzakirələr aparıb. Söhbət zamanı qeyd olunub ki, Yaponiya hökumətinin maliyyə vəsaiti hesabına icra olunan layihənin əsas məqsədi Xarxatan kəndində əhalinin uzun müddət əziyyət çəkdiyi içməli su təminatını təşkil etmək, yeni artezian tipli quyu qazmaq, su anbarı, nasosxana, 2 km uzunluğunda su xətti çəkmək və müxtəlif yerlərdə su kranları quraşdırmaqdan ibarətdir. Layihənin həyata keçirilməsi üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi dəyəri 100,493 ABŞ dolları təşkil edir. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həmçinin Lerik rayonunun Şingədilan kəndində tibb məntəqəsinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdıran Şusuke Vatanabe bu layihənin 102,696 ABŞ dolları dəyərində olduğunu bildirib.
Hər iki layihənin icrası ilə bağlı müvafiq müqavilələr Lənkəran Şəhər İcra Hakimiyyəti aparatında imzalanıb. Müqavilələrin imzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Azərbaycan Demokratik Tələbə və Gənclər Təşkilatının sədri Asif Əsgərli və Yerli İdarəetməyə Yardım İctimai Birliyin sədri Vüsal Mirzəyev iştirak ediblər.
Qeyd edək ki, bu layihələr Yaponiya hökumətinin "Öt kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək.


Просмотров: 290 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031