Вторник, 07.05.2024, 09:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 31 » Yağışlar Lənkəranda suyun səviyyəsini artırıb
14:05
Yağışlar Lənkəranda suyun səviyyəsini artırıb


Lənkəran-Astara bölgəsinə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 9 sm, Lənkərançay-Sifidorda 4 sm, Vəşərüçay-Daştatükdə 26 sm artım qeydə alınıb.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 160-260, Naxçıvan MR çaylarında isə 125-130 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 62 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 107 faizini təşkil edib. 

Avqustun 27-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə dörd dəfə çox olmaqla 249 m3/s təşkil etmiş və ongünlük normanın 363 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 7 sm azalma, Salyanda 8 sm, Bankədə 20 sm artım qeydə alınmışdır. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməmişdir.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2011-ci il avqustun 31-də 528 sm), Şirvanda 195 sm (2011-ci il avqustun 31-də 445 sm ), Salyanda 148 sm (2011-ci il avqustun 31-də 439 sm), Bankədə 241 sm (2011-ci il avqustun 31-də 295 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 sm (2011-ci il avqustun 31-də 225 sm) təşkil edir.
Просмотров: 244 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031