Пятница, 26.04.2024, 12:33
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 2 » Yadigar Sadıqov müalicə müəssisəsinə yerləşdirilib
11:43
Yadigar Sadıqov müalicə müəssisəsinə yerləşdirilib

Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Bu barədə məlumatı APA-ya Y. Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin sədri Elman Fəttah verib. Onun sözlərinə görə,  Y. Sadıqov yanvarın 30-da həkim müayinəsindən keçirilib: “Həkimlər onun ürəyində problem olduğunu bildiriblər və müalicə müəssisəsinə köçürülməsi barədə qərar veriblər. Yanvarın 31-də Yadigar Sadıqov cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülüb ”.

Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. O, xuliqanlıqda ittiham olunaraq Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirib. Bundan sonra Y. Sadıqov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə şikayətə baxaraq onun cəzasını 4 ildən 3 il 6 aya endirib.

Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728