Пятница, 26.04.2024, 07:42
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Август » 11 » "Xudafərin körpüsü", Məhəmməd və Züleyxa, bir də ləm... - XÜSUSİ REPORTAJ
15:15
"Xudafərin körpüsü", Məhəmməd və Züleyxa, bir də ləm... - XÜSUSİ REPORTAJ

Azərbaycanın cənub bölgəsində XVIII-XIX əsrlərin mədəniyyət nümunəsi sayılan ləm özünün orijinallığı ilə diqqəti cəlb edir. Yay fəslində ailənin istirahəti və qonaqların qəbulu üçün tikilmiş bu nadir memarlıq nümunələri hazırda dövlət tərəfindən mühafizə edilir.

 

Əsasən Astara, Lənkəran və Masallı rayonlarında yerli meşə materiallarından keçirmə üsulu ilə inşa edilmiş belə memarlıq nümunələrinin sayı əvvəllər 50-dən çox olsa da, sonralar baxımsızlıqdan onların əksəriyyəti dağılaraq sıradan çıxıb. Hazırda bölgə üzrə ümumilikdə 16 ləm qorunub saxlanmaqdadır.

Gördüyünüz bu ləm Astara rayonunun Ərçivan qəsəbə sakini, mədəniyyət işçisi Əsədulla Musayevin həyətində yerləşir. XIX əsrdə tikilmiş ikimərtəbəli abidə Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İdarəsinin mütəxəssisləri tərəfindən əsaslı təmir olunub.

 

Əsədulla müəllimin sözlərinə görə, 150 yaşı olan bu ləmin tikintisində yumurta sarısından istifadə olunub. Yazıçı Fərman Kərimzadə də bir vaxtlar “Xudafərin körpüsü” romanı üçün materiallar toplayanda bu ləmdə istirahət edib.

 

Yeri gəlmişkən, bildirək ki, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Ulduz” bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsi də məhz bu ləmdə düz 52 il öncə lentə alınıb.

 

Ümumi sahəsi 40 kv. m olan ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtülüb. Sonralar isə qamışı daha orijinal tikinti materialı olan kirəmit əvəz edib.

Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2015  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31