Вторник, 07.05.2024, 11:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 6 » Xalası oğlunu qətlə yetirən Lənkəran sakini 9 il müddətinə azadlıqdan məhrum edilib
14:32
Xalası oğlunu qətlə yetirən Lənkəran sakini 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Əlövsət Müseyibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. Müseyibov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Ə. Müseyibov ailə münaqişəsi zəminində xalası oğlu və yeznəsi, Lənkəran rayon Nərimanabad qəsəbə sakini, 30 yaşlı Elxan Baloğlan oğlu Muradovu bıçaqla boğaz nahiyəsindən vuraraq qətlə yetirib. Hadisə yerindən qaçan Əlövsət Müseyibov sonradan şübhəli şəxs qismində polis tərəfindən tutulub.
Просмотров: 285 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031