Воскресенье, 05.05.2024, 05:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Апрель » 30 » Xəzərin Lənkəran sahilində meyiti tapılmış qadının kimliyi müəyyən edilib
12:52
Xəzərin Lənkəran sahilində meyiti tapılmış qadının kimliyi müəyyən edilib
Xəzər dənizinin Lənkəran sahilində tapılan naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib. APA-nın cənub bürosunun xəbərinə görə, qadın meyiti ötən gün saat 20.05 radələrində balıqçı tərəfindən şəhərin Kiçik Bazar ərazisində, dəniz sahilində aşkarlanıb. Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu gəlib və hadisə yeri ətraflı müayinə olunub. Meyit daxili və xarici müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Zona Mərkəzinə gətirilib. Məhkəmə-tibb eksperti Rafiq Qasımovun APA-ya verdiyi məlumata görə, ölümün hansı səbəbdən baş verməsi ancaq aparılan tibbi müayinənin nəticələri bəlli olandan sonra aydınlaşa bilər.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb. Bu gün isə hüquq-mühafizə orqanlarının səyləri nəticəsində qadının kimliyi müəyyən edilib. Lənkəran Rayon Prokurorluğundan bildirilib ki, mərhum Masallı rayonun Mollahəsənli kənd sakini, 1957-ci il təvəllüdlü Qızbəs Əlisa qızı Qarayevadır. Hazırda rayon Prokurorluğunda qadının hansı şəraitdə dənizə düşməsi, hadisənin intihar olub-olmadığı ehtimalları araşdırılır.
Просмотров: 307 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930