Вторник, 07.05.2024, 11:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 24 » “Xəzər Lənkəran” Yunanıstandan yeni oyunçu gətirib
15:30
“Xəzər Lənkəran” Yunanıstandan yeni oyunçu gətirib


"Xəzər Lənkəran” Yunanıstandan daha bir futbolçu transfer edir. Bu barədə apasport.az saytına cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib. 
 

O bildirib ki, Yunanıstan Superliqasında forma geyinən Vanderson Skardovelli artıq "ağ-yaşıllar”ın düşərgəsindədir. Bunadək AEK-in yunan hücumçusu Dimitris Sialmasın keçidini reallaşdıran lənkəranlılar bu dəfə "PAS Giannina”nın 27 yaşlı braziliyalı müdafiəçisi ilə 2 illik müqavilə bağlayacaq.

Hüseynov bu legionerin də birbaşa müqaviləyə gəldiyini bildirib. 

"Vandersonun oyununa baxdım, xoşuma gəldi və transferinə razılıq verdim. Bildiyimə görə, son illərdə klubunda kapitan olub. Cinah müdafiəçisidir, solda oynayır. Biz Yunanıstanda yaşayan menecerlə əməkdaşlıq etsək də, yalnız bu ölkədə oynayan futbolçularla maraqlanmırıq. Komandamıza yarımmüdafiəçi, hücumçu və bir də qapıçı gəlməlidir. Onların keçidi həll olunandan sonra məlumat verəcəyik” – deyə, Hüseynov əlavə edib.

1,76 metr boya malik Vanderson peşəkar karyerasına 2004-cü ildə başlayıb və 2007-ci ilədək vətənində oynayıb. O, 2007-09-cu illərdə İtaliyanın B seriyası komandalarına icarəyə verilib. Braziliyalının karyerasında ən uğurlu dövr, ən çox oyun keçirdiyi indiki klubudur. 

Belə ki, Vanderson hər 2 qolunu 2009-cu ildən şərəfini qoruduğu "PAS Giannina”da vurub.
Просмотров: 229 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031