Понедельник, 06.05.2024, 22:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 28 » "Xəzər Lənkəran" yeni transferlərə hazırlaşır
15:15
"Xəzər Lənkəran" yeni transferlərə hazırlaşır


Yanvar ayının 16-dan başlayaraq Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan "Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda artıq buna qədər iki yoxlama oyununda qüvvəsini sınayaraq, hər iki oyunda qalib gəlib.
 
Komanda ilk oyununda Türkmənistan yığmasını 3:1, Almaniyanin "Wolsfburg” klubunun ikinci komandasını isə 2:1 hesabı ilə məğlub edib.
 
Futbolçuların daha səmərəli və effektiv hazırlıgını davam etdirmək məqsədilə klub rəhbərliyi komandanın qaldığı "Spice” otelini yüksək səviyyəli "Gloriya Golf” otelinə dəyişib. Gündə iki dəfə olmaqla məşqlərini davam etdirən komandanın düşərgəsində yüksək əhval-ruhiyyə mövcuddur. Futbolçular arasında hər hansı zədəli oyunçunun olmaması da məşqçilər korpusunu sevindirən məqamlardandır.
 
Bu arada "Xəzər Lənkəran” klubunun fasilə dönəmində transfer etdiyi hər üç malili futbolçu da artıq 3 gündür ki, komanda ilə birgə Türkiyədəki hazırlıqda iştirak edir. Bundan başqa, məşqçilər korpusu daha bir neçə futbolçunun transferini həyata keçirmək üçün klub rəhbərliyi ilə birgə danışıqları davam etdirir.
 
"Xəzər Lənkəran" növbəti yoxlama oyununa yanvar ayının 29-da çıxacaq. Növbəti rəqib Qazaxıstanın "Atırau” klubudur.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031