Вторник, 23.04.2024, 10:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 7 » "Xəzər Lənkəran" yenə uduzdu
22:03
"Xəzər Lənkəran" yenə uduzdu

Bu gün Topaz Premyer Liqasının XX turuna yekun vurulub. APA-nın cənub bürosunun məlumatına görə, turun son matçında “Xəzər Lənkəran” öz meydançasında liderlər sırasında qərarlaşan “İnter”lə münasibətlərinə aydınlıq gətirib.

9 oyunda yalnız 1 dəfə “bankirlər”i məğlub edən Cənub təmsilçisi yeni baş məşqçisi Elbrus Məmmədovla ilk qələbəsinə sevinmək istəyirdi. Ancaq “İnter” də Lənkərana yalnız 3 xal dalınca gəlmişdi. Üstəlik, bir gün öncə “Neftçi”nin xal itirməsi “bankirlər”i bu görüşdə qələbəyə vadar edirdi. Daha təcrübəli paytaxt təmsilçisi minimal (2:1) hesabla qalib gələrək həm liderin uzaqlaşmasına imkan verməyib, həm də “Neftçi”dən uzaqlaşıb.

 

Просмотров: 548 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728