Четверг, 13.12.2018, 19:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 1 » “Xəzər Lənkəran” uduzub
19:54
“Xəzər Lənkəran” uduzub

Bu gün Topaz Premyer Liqasında XIX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matç günü paytaxtda başlayıb.

Belə ki, “Qəbələ” autsayder “Bakı”nın qonağı olub. Yeni baş məşqçisi Roman Qriqorçukla ölkə çempionatında ilk oyununa çıxan “qırmızı-qaralar” qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən qonaqlar 56-cı dəqiqədə Cavid Hüseynovun penaltidən vurduğu qola sevinib. Hesabı bərabərləşdirmək istəyən paytaxt klubu qapısından keçən növbəti topa üzülüb. Bu dəfə 86-cı dəqiqədə Vüqar Bəybalayev avtoqola imza atıb.

Beləliklə, səfərdə 0:2 hesabı ilə qalib gələn “Qəbələ” turnir cədvəlində 5-ci sıraya yüksəlib.

Turun son matçı isə Zaqatalada baş tutub. Orta sıralarda qərarlaşan “Simurq” “Xəzər Lənkəran”ı qəbul edib. Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən hər iki komandanın görüşündə də azarkeşlər 2 qol izləyib. Qış “transfer pəncərəsi”ndə Cənub təmsilçisindən “Simurq”a keçən Elnur Abdullayev 51-ci dəqiqədə sabiq komandasını cəzalandırıb. “Ağ-yaşıllar” birinci qolun şokundan ayılmamış 9 dəqiqə sonra növbəti dəfə mərkəzdən başlamağa məcbur olub - 2:0.

Просмотров: 80 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728