Понедельник, 06.05.2024, 07:51
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 16 » "Xəzər Lənkəran" uduzdu
08:24
"Xəzər Lənkəran" uduzdu


Azərbaycan Premyer Liqasında V turun daha 4 oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, turun mərkəzi qarşılaşması Bakıxanov qəsəbə stadionunda əzəli rəqiblər "Neftçi” və "Xəzər Lənkəran” arasında baş tutub.
 

Görüşə daha yaxşı başlayan "ağ-yaşıllar” erkən qol vurmağa müvəffəq olub. 8-ci dəqiqədə Sadio Tounkara fərqlənib. Buna baxmayaraq, "ağ-qaralar” tezliklə bərabərlik topunu vurublar. Çilili forvard Nikolas Kanales qapı qarşısına ötürülən topu başla tora qovuşdurub. 

İkinci hissədə isə qapılara bir top vurulub ki, bu dəfə də "Neftçi” sevinib. Braziliyalı futbolçu Flavinyonun uzaq məsafədən zərbəsi dəqiq olub. 

Turun sürpriz nəticəsi Gəncədə qeydə alınıb ki, burada "Qəbələ”ni məğlub edən "Kəpəz” mövsümdə ilk qələbəsini qazanıb. "İnter” öz meydanında "Sumqayıt”ı minimal hesabla üstələyib. 

"Rəvan” – "Simurq” qarşılaşmasında isə qonaq komanda sevinib. Türkiyəli Cevat Gülərin istefasından sonra dördüncü dəfə "Rəvan”ın baş məşqçisi postuna gətirilən Bəhman Həsənov Zaqatala təmsilçisi ilə görüşdən məğlub ayrılıb. 
Просмотров: 272 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930