Понедельник, 29.04.2024, 02:11
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 10 » "Xəzər Lənkəran" Tallində son məşqini keçirib
10:53
"Xəzər Lənkəran" Tallində son məşqini keçirib



Dünən "Xəzər Lənkəran” komandası Tallində "Nomme Kalyu” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqası təsnifat mərhələsinin cavab oyunu öncəsi yekun məşqinə çıxıb. Yerli vaxtla saat 18:45-də baş tutan məşq Estoniya Futbol Federasiyasının məşq meydançasında, daha doğrusu Tallinin "A Le Koq” stadionunun köməkçi meydanında keçirilib.

 Məşq prosesində komanda tam heyəti ilə iştirak edib.

 Bir saat yarım davam edən məşqdə futbolçular fiziki və taktiki baxımından müxtəlif tapşırıqları yerinə yetiriblər. Prosesə yüngül qaçışla yekun vurulub. Onu da qeyd edək ki, məşq Tallində yaşayan bir neçə "Xəzər Lənkəran” azarkeşi tərəfindən də izlənilib.

 Bu gün Tallinin "Kadrioru” stadionunda baş tutacaq "Nomme Kalyu” – "Xəzər Lənkəran” matçının start fiti Bakı vaxtı ilə saat 20:45-də veriləcək.

 

Просмотров: 248 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031