Четверг, 02.05.2024, 09:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 21 » “Xəzər Lənkəran” “Qalatasaray”ın sabiq qapıçısı ilə güclənə bilər
18:13
“Xəzər Lənkəran” “Qalatasaray”ın sabiq qapıçısı ilə güclənə bilər



Xorvatiyalı İvan Çoviçlə ilkin anlaşmaya xitam verən "Xəzər Lənkəran”a daha bir qapıçı gəlir. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan cənub təmsilçisi Aykut Erçetinlə güclənə bilər.

1982-ci il sentyabrın 14-də anadan olan futbolçu hazırda azad agent statusuna malikdir. Almaniyada anadan olan Aykut karyerasına "Ştutqart”da başlayıb. Bundesliqa klubunda 2 oyun keçirən qapıçı Türkiyə nəhəngi "Qalatasaray”ın diqqət mərkəzinə düşüb.

2003-cü ildə İstanbul klubuna transfer olunan Aykut 9 il "Cim-Bom”un şərəfini qoruyub. Bu müddətdə Superliqada 39 oyuna çıxan qapıçı "Qalatasaray”da bir çox titullar qazanıb: 2005/06, 2007/08, 2011/12 mövsümlərində 3 dəfə Türkiyə çempionu, 2004/05 mövsümündə ölkə kuboku, 2008-ci ildə Superkuboku. 5 il Fərid Mondraqonun əvəzləyicisi olan Aykut sonradan Orkun Uşak, Morqan de Sanktis, Leo Franko kimi qapıçılarla da rəqabət aparıb.

2012-ci ilin mayında "Qalatasaray” rəhbərliyi müqaviləsi başa çatan qapıçı ilə anlaşmanı uzatmadığından qolkiper klubsuzdur. Bir müddət "Qaziantepspor”a keçidi gündəmdə olan Erçetinin keçidi baş tutmayıb.

Aykut Türkiyənin demək olar ki, bütün yığmalarında oynayıb. Milli karyerasına U-17-dən başlayan futbolçu U-18, U-21, A-2 yığmalarından keçərək əsas komandaya da cəlb olunub. Qapıçı əsas millidə cəmi 1 matç keçirib. Bu görüş də 2006-cı il aprelin 12-nə təsadüf edib. Həmin gün Türkiyə yığması Bakıda Azərbaycan millisinin qonağı olub. 7 il əvvəlki qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Просмотров: 250 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031