Среда, 01.05.2024, 04:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 18 » "Xəzər Lənkəran” qələbəni əldən verdi
07:51
"Xəzər Lənkəran” qələbəni əldən verdi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün 3-cü yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Elbrus Məmmədovun rəhbərliyi altında Ukraynanın “Metallurq” klubu ilə qarşılaşıb.

“Xəzər Lənkəran”ın Zaporojye təmsilçisi ilə görüşü “Gloriya” otelinin meydançasında baş tutub. Matçda cənublular 1:2 hesabı ilə məğlub olub. 30-cu dəqiqədə Sadio Tounkara ilə hesabı açıb, fasiləyə öndə yollanan “Xəzər Lənkəran” ikinci hissənin sonlarında qapısından 2 qol vuraxıb.

Beləliklə, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda Antalyada 2-ci məğlubiyyəti ilə üzləşib.

Qeyd edək ki, ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Kemnitser”ə uduzub – 0:2. “Metallurq” isə hazırda Ukrayna Premyer Liqasının turnir cədvəlində 12 xalla 11-ci yerdə qərarlaşır.

Yoxlama oyunu

17 yanvar

“Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Metallurq” (Ukrayna) - 1:2

QOLLAR: Sadio Tounkara, 30 - Vitali Qavriş, 85, Sergey Rudika, 89

Baş hakim: Ramin Diniyev

Tərlan Qasımzadə, Ruslan Cəfərov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Tural Cəlilov, Elşən Rzazadə, Alfred Sanko, Rahid Əmirquliyev, Elnur Cəfərov, Sadio Tounkara, Ağabala Ramazanov

Просмотров: 257 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031